Futbol tarixində ilk: 1000 oyun keçirən ilk milli komanda olacaq

Futbol tarixində ilk: 1000 oyun keçirən ilk milli komanda olacaq

İngiltərə yığması tarixi rekorda imza atacaq.

Qaynarinfo xəbər verir ki, noyabrın 14-də "AVRO-2020"nin seçmə oyununda Montoneqronu qəbul edəcək ingilislər 1000 oyun keçirən ilk milli komanda kimi tarixə düşəcək. Qaret Sautqeytin baş məşqçi olduğu kollektiv yubiley oyunun "Uembli" stadionunda çıxcaq və görüş Bakı vaxtı ilə saat 23.45-də start götürəcək.

Qeyd edək ki, milli komandalar arasında ilk rəsmi oyun 147 il öncə - 30 noyabr 1872-ci ildə baş tutub. Bu qarşılaşma Şotlandiya - İngiltərə oyunu olub və 0:0 hesabı ilə yekunlaşıb.  İngilislər indiyədək baş tutan 999 oyunda 568 qələbə qazanıb, 190 heç-heçə edib və 241 dəfə uduzub. İngiltərənin ən böyük uğuru 1966-cı ilə qazanılmış dünya çempionluğudu.
 

XƏBƏRLƏR
BLOGLAR