Foto 11:42 06.11.2017

Futbolçu hakimin ağzını partlatdı (FOTOLAR)

Türkiyədə futbolçu oyun zamanı hakimi döyüb. "Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir ki, hadisə həvəskarlar liqasının "Yahyalıspor"la "Real Çelik Kapıspor" matçındabaş verib.

Oyunun 88-ci dəqiqəsində qol vurmağa yaxın olan rəqibinə qarşı kobudluq edən və penaltiyə səbəb olan "Real Çelik Kapıspor"un qapıçısı Ebubekir Kara hakim Necati Selçuk Şahinə sərt şəkildə etiraz edib. Bu səbəbdən referi ona qırmızı vərəqə göstərib.

Buna hirslənən Ebubekir Kara hakimə kəllə atıb. Ağzı partlayan referini və digər hakimləri polis meydandan çıxardıb. Hakimlər paltardəyişmə otağına getməzdən əvvəl onları təhqir edən başqa bir futbolçuya da koridorda qırmızı vərəqə göstərib. 
 
Dodağı partlayan hakim Ebubekir Karadan polisə şikayət etdi.
 





Qaynarinfo.Az