Gələn il dünyada neftə olan tələbat rekord səviyyəyə çataraq gündə 92 mln. barel təşkil edəcək ki, bu da hazırkı səviyyədən 1,2 mln. barel çoxdur.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin icmalında deyilir.
Bununla paralel olaraq neftin hasilatının artırılması da proqnozlaşdırılır və hasilatın nəzərə çarpan dərəcədə artması ilk növbədə ABŞ, Braziliya, Qazaxıstan və Cənubi Sudanda gözlənilir.
İcmalda həmçinin bildirilir ki, neftin bahalaşması baş verməyəcək, çünki geosiyasi və digər risklərə görə təklifin azalması baş versə də, ABŞ və Kanadada yeni texnologiyaların tətbiqi artıq bazarda müəyyən tarazlaşma yaradıb və bu tendensiya davam edəcək.//APA
Qaynar.info
Şərhlər