Xəbər lenti

Gəlini azərbaycanlı məşhuru ittiham etdi:
Ölkə 11:09 07.03.2018

Gəlini azərbaycanlı məşhuru ittiham etdi: "Qayınanam məni evdən çıxardı"

Şairə, aparıcı Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişinə gəlib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Pərvanə Nazilənin ailəsi haqda qalmaqallı açıqlama verib.

O, 3 ildir həyat yoldaşından boşandığını deyib. Pərvanə bildirib ki, ayrılmasında baldızlarının və qayınanasının əli olduğunu söyləyib:

"Mən o evdə qala-qala ərim mənə xəyanət edirdi. Onu başqa qadınla tutmuşdum. Biz ailələrin razılığı ilə evləndik. Etiraz da etmədik. 4 il bir yerdə yaşadıq. Xəyanət edirdi, ayrılmaq istəyirdi. Qayınanam mənə dedi ki, get ata evinə. Sonra anamı çağırıb, deyib ki, qızını apar. Ara sakitləşəndə elə edəcəm oğlum qayıtsın. Mənə deyirlər ki, oğlan 1 ildir ailə qurub. Amma yalandır, 3 ildir evlənib. Elə mənimlə ailəli olanda Sahilə ilə görüşürdü. Ayrılmağımda qayınanamın da, baldızlarımın da günahı var. Qayınanam deyirdi sənə görə oğlumla üz-göz ola bilmərəm. Qayınatama deyirdim, mənə yardım et. Evə gəlmirdi, gələndə başqa otaqda yatırdı”.
 


Pərvanə Nazilə Səfərlidən kömək istədiyini, ama heç bir yardım görmədiyini bildirib:

"Mənim evdən bayıra çıxmağıma icazə vermirdilər. Nazilə dedi, qardaşımla danışaram, amma kömək etmədi. Nazilə övladlarım üçün hədiyyə göndərib, mağazaya qaytarıb pulunu almışam. Çünki uşaqlarım xəstə idi, həkimə pul verməliydim. Ev vermirlər, kirayədə qalıram. Alimenti belə vermirlər. Məhkəməyə vermişəm, gedib apellyasiyaya müraciət edib ki, ödəməsin”.

Pərvanə iki övladı olduğunu deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->