Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası təsis ediləcək. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasda son zamanlar akademiyada həyata keçirilən islahatlar, həmçinin gənclərin elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsinin önəmindən bəhs edərək bildirib ki, elmi fəaliyyət sahəsindəki islahatların əsas hərəkətverici qüvvəsi gənclik olmalıdır.
AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə bu il noyabrın 30-dək gənc alim və mütəxəssislər şuralarının yaradılması tapşırılıb. Dekabr ayının 31-dək isə həmin şuraların səlahiyyətli nümayəndələrinin iştirakı ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağının keçirilməsi nəzərdə tutulub.
Qaynar.info
Şərhlər