“Gəncə işi“ ilə bağlı tutulan şəxs təcridxanada vəfat etdi  (FOTO/VİDEO)

“Gəncə işi“ ilə bağlı tutulan şəxs təcridxanada vəfat etdi (FOTO/VİDEO)

"Gəncə işi" ilə bağlı tutulan Müşfiq Qurbanov bu gecə Bakı İstintaq Təcridxanasında vəfat edib.

Qaynarinfo BakuPost-a istinadən xəbər verir ki, mərhumun yaxınlarına onun ürək tutmasından öldüyü bildirilib.

Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Qurbanov Müşfiq Cümşüd oğlu 2020-ci il yanvarın 17-də Bakıya gətirilmişdi. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur.

Anası Anisa Qurbanova deyir ki, oğlu işləmək üçün 2017-ci ilin fevralında Rusiyaya gedib. 2018-ci ilin oktyabr ayında isə Moskvada yaşadığı evin qarşısında tutulub: "Uşaqlarının gözünün qabağında mülki geyimli polislər oğlumu tutub maşına basıblar. Səbəbini bilmədiyinə görə ailəsi çox qorxub. M.Qurbanovu polislər aparandan 5 saat sonra evə zəng edərək bildirib ki, Gəncə olaylarına görə həbs edilib. A.Qurbanova deyir ki, oğlu ümumiyyətlə, Yunus Səfərovu tanımırmış.

 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR