Ekonomiks 14:17 28.03.2020

"Gəncə Şərab-2"yə qarşı "qara piar"ı kim aparır?

Ötən gün sosial şəbəkələrdə "Gəncə Şərab-2" ASC-nin istehsalı olan "Zolotoy bokal” markalı araqla bağlı xəbər yayılmışdı. İddia olunurdu ku, guya "Zolotoy bokal” araq butulkasının içindən həşərat çıxıb.

Ekonews.az iddialarla bağlı kiçik araşdırma aparıb. Araşdırma zamanı bəlli olub ki, gigiyena qaydalarına tam şəkildə əməl olunan zavodda spirtli içkilər butulkalara doldurularkən xüsusi süzgəclərdən istifadə olunur. Belə olan halda isə butulkaya həşaratın və ya hər hansı digər yad cisimin düşməsi mümkün deyil.

Bəs sosial şəbəkələrdə yayılan görüntülər ortaya necə çıxıb? Bu günə qədər Azərbaycanda müxtəlif şirkətlərə qarşı qarayaxma kampaniyalarının aparılmasının dəfələrlə şahidi olmuşuq. Bunu əsasən ya həmin şirkətlərin rəqibləri, ya da hər hansı marağı olan tərəflər edir. Öz işinin peşəkarı olan şirkətlərə qarşı "qara piar" kampaniyaları aparmaqla onların imicinə zərbə vurmağa, bu yolla bazardan sıxışdırmağa və öz maraqlarını təmin etməyə çalışırlar. Sirr deyil ki, "Gənc Şərab-2" ASC-nin istehsalı olan "Zolotoy bokal” markalı araqla bağlı olduğu iddia olunan görüntülər də kimlərsə tərəfindən qəsdən hazırlanaraq dövriyyəyə buraxılıb və məqsəd şirkətin imicinə zərbə vurmağa hesablanıb.

"Gəncə Şərab-2" Azərbaycanın ən təcrübəli spritli içki istehsalçılarından biridir. Bu gün şirkətdə yüzlərlə insan işlə təmin olunub. Burda yüksək keyfiyyətli məhsullar istehsal olunur, Azərbaycanla yanaşı, dünya bazarına çıxarılır və bir çox ölkələrdə müəssisənin məhsulları satılır. Xüsusi ilə Rusiyanın bir çox iri şirkətləri ilə qarşılıqlı əməkdaşlıq yaradılıb. "Gəncə Şərab-2"nin məhsulları hətta ABŞ bazarlarına da çıxarılır. 

Zavodda məhsulun keyfiyyətinə nəzarət edən ən müasir laboratoriya fəaliyyət göstərir, müəssisənin 400 hektardan çox üzüm bağları salınıb, ən yüksək keyfiyyətli məhsul istehsal olunur.