Xəbər lenti

Gəncədə ardıcıl partlayış səsləri ilə bağlı rəsmi açıqlama
Ölkə 15:07 13.10.2021

Gəncədə ardıcıl partlayış səsləri ilə bağlı rəsmi açıqlama

Gəncədə yayılan partlayış səsi "Seyfəli” poliqonundan gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Axar.az-a Gəncə şəhər Baş Polis İdarəsinin sahə rəisi, polis mayoru Azər Əsədov deyib.

"Hazırda "Seyfəli” poliqonunda təlimlər gedir. Şəhərdə partlayış olması ilə bağlı yayılan xəbər şayiədir. Gəncədə və ətraf ərazilərdə eşidilən səslər poliqondan gəlir”, - polis mayoru deyib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində iki dəfə partlayış səsi eşidilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->