Xəbər lenti

Foto 12:01 08.01.2020

Gəncədə iki kriminal avtoritet saxlanıldı (FOTOLAR)

Gəncədə kriminal aləmlə əlaqəsi olan daha bir şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, az öncə saxlanılan Gəncə şəhər sakini "Ramoş” ləqəbli Bəhram Səmədovun kriminal əlaqələri ətrafında əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib.

Üzərinə keçirilən baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->