Foto 11:07 02.07.2020

Gərginliyin əsas səbəbi Kimin xanımının uyğunsuz görüntüləri imiş (FOTO)

Şimali Koreya ilə Cənubi Koreya arasında bitmək bilməyən gərginliyin ardından bu dəfə də Kim Çen İnin arvadı Ri Sol Cinin uyğunsuz fotoları ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə açıqlama verən Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Maçeqor Cənubi Koreyadan atılan broşürlərdə Kim Çen İnin həyat yoldaşının uyğunsuz fotolarının dərc edilməsinin Pxenyanı qəzəbləndirdiyini bildirib. Onun sözlərinə görə, broşürlərdə təhqiramiz ifadələr də yer alıb və bunlar keçən il də dərc edilib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər broşür məsələsi səbəbindən olduqca gərgindir. Hətta Pxenyan cənub qardaşı ilə olan ortaq əlaqə ofisini də bu səbəbdən partladıb.

Camal