Azxeber.com xəbər portalının informasiya dəstəyi ilə eşitmə məhdudiyyətli bir gənc xanımın həyatı, hədəfi və onun bu yolda əldə etdiklərini əks etdirən "Gimnastika əngəl tanımır, arzulara çatdırır" adlı videoçarx çəkilib.
Layihə eşitmə məhdudiyyəti olan, məktəbdə öz təhsilini davam etdirən gənc bir qız haqqındadır.
Eşitmə məhdudiyyətli olan Nigar Bağırova uşaqlıqdan sevdiyi yeganə sahə idman-gimnastika sahəsidir. O, ailəsinin və müəlliminin dəstəyi, həm də öz maraq və qabiliyyəti ilə bu sahədə uğurlar qazanmış və qazanmağa da davam etməyi özünə hədəf seçmişdir.
Layihənin rəhbəri Əlirza Əliyev bildirib ki, layihənin məqsədi Nigarın gələcək fəaliyyətinə az da olsa dəstək olmaq, həm də onun kimi bir çox gəncə motivasiya verməkdir.
O layihənin ərsəyə gəlməsində yardımçı olan insanlara da təşəkür edib: "Layihənin ssenarisinin yazılmasında dəstək olan və eyni zamanda layihədə Nigarın valideyni rolunda çıxış edən artıq 5 ildir jest dili sahəsində öz layihələri ilə seçilən, təlimçi Nuranə Abıyevaya, Nigarın kiçik yaşlarının canlandırmasını edən jest dilinə marağı və qabiliyyəti ilə seçilən Zemfira Quluzadə, Nigarın gimnastika sahəsinə gəlişinə köməyini göstərən və bu günə kimi dəstək olan Azərbaycan gimnastika məktəbinin müəllimi Sevil Fərəcova və quruluşçu operator Rüfət Hüseynova təşəkkür edirəm. Eyni zamanda layihəmizin informasiya dəstəkçisi olan və geniş kütləyə çatdıran azxeber.com saytının rəhbərliyinə minnətdaram.
"Gimnastika əngəl tanımır, arzulara çatdırır" adlı videoçarxı təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər