Google şirkəti 18 oktyabr - Azərbaycan Milli müstəqillik günü xüsusi doodle, logo hazırlamaqla qeyd edir.
Qaynar.info xəbər verir ki, Doodle-da Azərbaycan gerbi, bayrağın rəngləri yer alıb. Hazırlanan doodle-u ancaq Azərbaycan İP-lərindən görmək mümkündür.
XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Qaynar.info
Şərhlər