Oktyabrın 26-30 tarixlərində keçiriləcək "İnnovasiyalar həftəsi”nin tədbirlərindən biri "Qlobal İnfluenser Günü”nə (Global İnfluencer Day) dünyanın nəhəng şirkətlərindən nümayəndələr iştirak edəcək.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, onların arasında, "Google”, "Forbes”, "Facebook”, "Vouge”, "Booking.com” kimi dünyanın nəhəng şirkətlərinin mütəxəssisləri də var.
"Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək "Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot "Sofiya” da Azərbaycana gələcək” - Nazirliyin açıqlamasında deyilir.
Şərhlər