Texnologiya 19:55 10.03.2018

"Google"dan video mesajlaşma funksiyası

"Google" şirkətinin görüntülü danışmaq üçün nəzərdə tutulan "Google Duo" tətbiqetməsinə yeni funksiya əlavə edilir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Google Duo" istifadəçiləri artıq bir-birilərinə 30 saniyəlik video göndərə biləcəklər. Bu xüsusiyyətlə tətbiqetmə "Apple"ın "FaceTime" tətbiqetməsinə rəqib olacaq. Göndərilən video mesajlar 1 gün sonra avtomatik yoxa çıxacaq, lakin göndərilən və ya qəbul edilən mesajı telefona yükləmək mümkün olacaq. 

Qeyd edək ki, "Google Duo" "App Store"da ən populyar sosial medialardandır. Təkcə 100 milyon "Android" istifadəçisi bu tətbiqetməni telefonuna yükləyib.

Gülşən