Ötən axşam Goranboy rayonunda canvar sürüsü kəndə hücum edib.
Qaynarinfo yenisabah.az-a istinadən xəbər verur ki, hadisə rayonun Boluslu kəndində,
Sarı Əliyevin təsərrüfatında baş verib. Belə ki, canavarlar onun 7 baş qoyununu parçalayıb.
Kənd sakini qoyunları həyətyanı sahədə nəzarətsiz qoyub. Həyətdəki səsə çıxan 93 yaşlı kənd sakini canavarların qoyunları parçaladığını görüb.
Boluslu sakinləri deyir ki, tez-tez kəndin ətrafında canavar sürüsü ilə rastlaşırlar.
Şərhlər