Foto 16:40 03.02.2019

Goranboyda canavarlar həyətə hücum etdi: 7 qoyunu parçaladılar (FOTO)

Ötən axşam Goranboy rayonunda canvar sürüsü kəndə hücum edib.

Qaynarinfo yenisabah.az-a istinadən xəbər verur ki, hadisə rayonun Boluslu kəndində, Sarı Əliyevin təsərrüfatında baş verib. Belə ki, canavarlar onun 7 baş qoyununu parçalayıb. 

Kənd sakini qoyunları həyətyanı sahədə nəzarətsiz qoyub. Həyətdəki səsə çıxan 93 yaşlı kənd sakini canavarların qoyunları parçaladığını görüb.

Boluslu sakinləri deyir ki, tez-tez kəndin ətrafında canavar sürüsü ilə rastlaşırlar.