Böyük Britaniyanın baş naziri Tereza Mey Almaniya kansleri Angela Merkellə görüşə gedərkən problemlə üzləşib.
Qaynarinfo xarici mediyaya istinadən xəbər verir ki, Mey xidməti avtomobillə görüşün keçiriləcəyi iqamətgaha gəlib. Lakin o maşından düşən zaman, qapılar bağlanıb. Yalnız bir neçə cəhtdən sonra baş nazir avtomobildən düşərək onu gözləyən Merkellə görüşüb.
Şərhlər