Ölkə 10:50 10.11.2019

Güclü duman Nyu York-Bakı təyyarəsini enişə məcbur etdi

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC məlumat yayıb.

Bildirilir ki, "Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.

Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar.

Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.

Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.