Foto 17:49 23.05.2020

Güclü külək Bərdədə ağacları aşırdı (FOTOLAR)

Güclü külək Bərdə rayonunda bir sıra fəsadlar törədib. 

"Report"un məlumatına görə, səhər saatlarında əsməyə başlayan külək şəhərin Üzeyir Hacıbəyli küçəsində ağacları və budaqları qıraraq yola aşırıb. 

Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlərini davam etdirir.