Video 14:26 15.11.2019

Güclü qar Fransada 300 min evi işıqsız qoydu, ölən var (VİDEO)

Fransanın cənub-şərqində ən azı 300 min evin elektrik enerjisi kəsilib. 

Qaynarinfo xəbər verir ki, buna güclü qar yağması səbəb olub. 

Qarın ağırlığı altında qalan ağaclar qırılaraq elektrik xətlərinin üstünə düşüb. 

Başqa bir hadisədə isə, bir ağac avtomobilin üstünə aşıb. Avtomobilin sürücüsü dünyasını dəyişib.

Alpər