Dünya 18:10 03.08.2021

Guido tornadosu Tver bölgəsini viran qoydu (FOTOLAR)

Guido siklonu Rusiyanın Avropa hissəsinə yağışlar, dolu və şiddətli küləklər gətirib.


Qaynarinfo xəbər verir ki, güclü qasırğa Tver vilayətinin qərb rayonlarından keçərkən şahidlər sosial şəbəkələrdə dağılmış kənd evlərinin foto və videolarını yerləşdiriblər. Külək binaların damlarını uçurub, qalın ağacları kibrit kimi qırıb, yerli sakinlər qasırğa zamanı yaranan bir neçə tornadonu lentə alıb.


Pis hava şəraitinin bir neçə kiçik bağ evini və alış-veriş pavilyonlarını da aşırdığı bildirilir. Tver vilayətinin Andreapolski, Rjevski, Toropetski və Ostaşkovski rayonları təbii fəlakətdən ən çox ziyan görüb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə 15 nəfər qasırğadan xəsarət alıb, üç nəfər isə (bir uşaq da daxil olmaqla) ölüb.

 

Alpər