Ekonomiks 10:04 27.01.2022

Gülşən Cumayeva vəzifəsindən ayrıldı

"Bank of Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Gülşən Cumayeva "Bank of Baku”dan ayrılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə özü məlumat verib.

"6 il 3 ay 10 gün öncə başlayan həyat kitabımın "Bank of Baku "adlı bölümünü bu gündən etibarən rəsmi olaraq sonlandırıram. Bu bölümün hər bir səhifəsinə necə dəyər verdiyimi, necə dəyər qatdığımı əminəm ki, bir çoxunuz bilirsiniz. Devalvasiyalar sonrası yaranan çətinliklərin fonunda çalışmaq nə qədər çətin idisə, bir o qədər də zövqlü idi. Mini büdcələrlə maksimum nəticə üçün, kiçik bir komanda ilə dəyər yaratmaq üçün var gücümüzlə çalışdıq. Özü də daxili və məhdud resurslarla, yorulmadan, sevərək və nəticəsinə inanaraq. Gərgin əməyin, enişlərin-yoxuşların və acılı-şirinli xatirələrin bol olduğu bu bölümdə ən böyük qazancım isə dəyərli insanlar, gözəl dostluqlar oldu.

Komandamın yeri isə bir başqadır. Mehriban, pozitiv, səsli-küylü güclü mənəviyyatı və yüksək peşəkarlığı ilə işinə dəyər qatan möhtəşəm Marketing Team – dəyəriniz, məndəki yeriniz heç bir zaman dəyişməyəcək və bizdən bir də olmayacaq! Ən çətini sizi tərk etmək olsa da, yaxşı ki, yollarımız kəsişdi, bir komanda olduq, ailə olduq deyə biliriksə, nə xoş bizə”.

Gülşən Cumayeva, "Bölümün sonunda səhifələrin yazılmasında əməyi və dəstəyi ilə indi bankda çalışmasalar da, daim yanımda olan keçmiş rəhbərlərimə, həmkarlarıma, komandama və partnyorlarımıza - dostlarımıza təşəkkür edirəm”, - əlavə edib.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?