Şərif Ağayar
Bir daha dəqiqləşdirdim: biz qələm adamınadaş atmağa amadəyik! Adi bir sahə müvəkkilinin qarşısında quzuya dönənsadə azərbaycanlı, yazıçının, şairin üstünə hökküldəyə, lazım gəlsə, onuayağının altına sala bilər!
Bəli, Əkrəm Əylisli olayı bu həqiqətə bir daha inandırdı məni. Bütün ağrı-acısıyla!
Səndemə, indiyə qədər axtardığımız günahkarı nəhayət ki, tapa bilmişik!Ona görə möhkəm yapışmalıyıq yaxasından. Aman verməməliyik göz açmağa.
Əlimqələm və klaviatura tutandan bəzi ən yaxın dostlarıma belə müharibəninbaşqa, sənətin tamam başqa bir iş olduğunu başa sala bilməmişəm. AdamlarAzərbaycan zabitindən gözlədiklərini yazıçıdan, şairdən gözlədikləriniəsgərdən umurlar. Efirdə “Ana” segahı oxuyub lirik şeir deyənəsgərimizlə, kitablarında erməniləri qırıb-çatan, Dərbənddən İrankörfəzinə qədər Qarabağlı, Zəngəzurlu, İrəvanlı böyük Azərbaycan yaradantarixçi və yazıçılarımızla haracan gedə bilərik?! Dərhal cavab verirəm:Elə buracan!
Mən bir yazı adamıyam və uzunillərdir ki, ədəbi mühitin tən ortasındayam. Şəxsən tanıdığım gündənƏkrəm Əylislini özü boyda ürək kimi daim döyünən görmüşəm. Və bu döyüntühaqq-ədalət üçün olub, həqiqi, saf ədəbiyyat üçün olub! O, bu yaşda daiçindəki Sadığı diri saxlamağı bacarıb. Onu ölməyə, çirklənməyəqoymayıb. Bəlkə buna görə daim civə kimi qaynayıb, içində əbədi birnarahatlıq, bir ağrı dolaşıb. Onun ədəbiyyat konusunda bir dənə də olsunsaxta cümləsini oxumamışam! Bir dəfə də olsun yalan danışdığının,riyakarlıq etdiyinin, yazısını və danışığını kiməsə hesabladığınınşahidi olmamışam. Halbuki, bu məmləkətdə, bu yaşda belə bir yazar tapmaqasan məsələ deyildir.
Əkərəm Əylisli ciddisöz adamıdır. Ömrünün 50 ilini həqiqi ədəbiyyata həsr eləyib. Və yaşınınmüdrik çağında da söz üstündə yanmaqda davam edir. Təhqirlərdən,təhnizlərdən, təqiblərdən və təhdidlərdən qorxmur.
Birsözlə, qarşınızdakı uşaq-muşaq deyil. Onun Azərbaycanın həqiqi sözü,Azərbaycanın doğma dili üçün etdikləri ölçüyəgəlməzdir. Deməli, bir çoxmətləbləri söyləməyə haqqı çatır. Bizə sadəcə düşündüklərimizi söyləməkqalır, onu yarqılamaq yox!
Əkrəm Əylisli nəyazır-yazsın, onu müdafiə etmək lazımdır. Bu mənəviyyat-əxlaqməsələsidir. Hər hansı bir mübahisəli yazıya görə belə bir şəxsiyyətinadanların qarşısına itələmək, inanın mənə, elə Qarabağı vermək kimi birşeydir. Əkrəm Əylisli yaşının və ədəbiyyatın elə bir məqamındadır ki,ərklə öz xalqının qulağını çəkə, ona ustad şilləsi vura bilər. Hətta məndeyərdim buna ciddi ehtiyac var.
Azərbaycanınqara kitabı yazılmayıb. Qanadı-quyruğu yoluq ilham pərilərinin belindəgöyləri dolaşan boşboğaz şair və yazıçıların şirin yalanları bizi çox dauzağa apara bilməz. Qara kitabımız yazılmalıdır! Bu kitabı yazmaq üçünisə şöhrətin və ilhamın yüksəkliklərinə deyil, həqiqətin dərinliklərinenmək lazımdır. Həmin qaranlıq zirzəmilər qorxuludur. Hətta oralarasəyahət yazarın həyatı bahasına başa gələ bilər. Ancaq bu kitab hökmənyazılmalıdır! Nə qədər ki, yazılmayıb ağ günlər görə bilməyəcəyik. Qarahəqiqətlər ağ günə ağ yalanlardan daha yaxındır.
Səbirliolaq. Ağıllı olaq. Kitab oxuyaq. Günahkar axtarışına özümüzdən vəətrafımızdan başlayaq. Əgər bunu bacarsaq ölkənin ən günahsızadamlarından birinin Əkrəm Əylisli olduğunu görəcəyik!
Seyid Mürsəl Ağanın cəddi haqqı, səmimi deyirəm!
Kulis.az
Şərhlər