Xəbər lenti

Günəş sistemi nəhəng bir maqnit tuneli ilə əhatə oluna bilər
Dünya 17:45 19.10.2021

Günəş sistemi nəhəng bir maqnit tuneli ilə əhatə oluna bilər

Bütün günəş sistemi yalnız radio dalğalarda görünən nəhəng bir maqnit tuneli ilə əhatə oluna bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda Toronto Universitetinin astronomu Cennifer Vest mətbuata verdiyi açıqlamada bildirib.
 
O, kosmosda əvvəllər ayrı olduğu düşünülən iki cismin əslində sanki iplərlə bağlandığına inandığını dilə gətirib.

Bu iki sahə, adətən ayrı-ayrı yerlər olaraq araşdırılan "Şimal Qütb Düzü" və "Fan Bölgəsi"dir. Astrofizika jurnalında öz elmi nəticələrini dərc edən Vest və komandası iki cismin bir bütövün iki hissəsi kimi olduğuna inanırlar.

Cisimlər bizdən təxminən 350 işıq ili məsafədə yerləşir. Onlar yüklü hissəciklərdən və təxminən 1000 işıq ili uzunluğunda nəhəng iplər şəklində bir maqnit sahəsindən ibarətdir.
 
"Göyə baxsaydıq, bu tunel quruluşunu demək olar ki, baxdığımız hər istiqamətdə - yəni gözlərimiz radio işığını görə bilsəydi, görərdik", - deyə Vest bildirib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->