Xəbər lenti

Ölkə 14:40 15.01.2022

Günün yoluxma statistikası - 13 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 145 nəfər müalicə olunaraq sağalıb, 8 510 nəfər vəfat edib, aktiv xəstə sayı 8 263 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 150, ötən müddət ərzində isə ümumilikdə 5 997 160 test aparılıb.
 
Bir gündə 27 376 vaksin vurulub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?