"Mixail Avaqyana büstün qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinə zərər yetirə bilməz".
"Report"un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın parlament çoxluğunun lideri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.
O, ötən gün bu məsələ ilə bağlı fəal müzakirələrin aparıldığını deyib: "Bu, həssas məsələdir və Azərbaycandakı həmkarlarımızda müəyyən narahatlıq yaradıb. Məsələni bitmiş hesab edirəm və mövzunun daha da dərinləşəcəyini gözləmirəm”.
Qeyd edək ki, bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək, büstün açılmasına etirazını bildirib. Eyni zamanda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.
Şərhlər