Xəbər lenti

Gürcüstan Azərbaycanla sərhədi açmır
Ölkə 23:59 23.01.2021

Gürcüstan Azərbaycanla sərhədi açmır

Gürcüstan 1 fevraldan quru sərhədlərini açmağı planlaşdırmır.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı ölkənin İnfrastruktur və regional inkişaf naziri Maya Tsikitişvili verib.

Nazir qeyd edib ki, qonşu ölkələrdə koronavirusun yayılma dinamikası yüksək olaraq qalır. 

Gürcüstanla müqayisədə bu rəqəm çox olduğna görə, rəsmi Tbilisi sərhədləri aşmamaq barədə qərar verib: 

"Quru sərhədlərin açılması ölkəyə yeni virus daşıyıcılarının gəlməsinə səbəb ola bilər".

Nazir bildirib ki, aviaşirkətlər təhlükəsizlik tədbilərinə riayət edir, bəzi ölkələrlə "yaşıl dəhliz" müzakirələri aparılır.

Xatırladaq ki, ötən ildən etibarən Azərbaycanla Gürcüstanın quru sərhədi bağlıdır, müntəzəm və xüsusi aviareyslər həyata keçirilmir. Hər iki ölkədə qalan vətəndaşlar xüsusi dəhliz vasitəsilə təxliyyə olunur.
 
Cebhe.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->