Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır.
"Report” xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin cari ilin sentyabr ayı üzrə hesabatında bildirilib.
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının 20-si təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 18-i kişi, 2-si qadın, məhkumların isə 66-sı kişi, 7-si qadındır.
Azərbaycan vətəndaşları qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan əcnəbilərin 15,7%-ni təşkil edir.
Gürcüstanda ümumilikdə 45 ölkənin 594 vətəndaşı cəza çəkir. Türkiyə vətəndaşları onların arasında 132 nəfərlə birinci yerdədir.
Qonşu ölkənin həbsxanalarında 109 İran, 68 Rusiya, 28 Ermənistan vətəndaşı saxlanılır.
Şərhlər