Gürcüstan parlamentinə yeni spiker seçilib.
Qaynarinfo xəbər verir ki, parlamentin bu gün baş tutan plenar iclasında Arçil Talakvadzenin namizədliyi səs çoxluğu ilə qəbul edilib. A.Talakvadze lehinə 101 deputatdan 94-ü səs verib.
A.Talakvadze hakim Gürcü Arzusu Partiyasının deputatıdır. O, 2016-cı ildən bəri parlamentin üzvüdür.
Qeyd edək ki, sabiq spiker İraklı Kobaxidze 21 iyunda istefa verib.
Gülşən
Şərhlər