Xəbər lenti

Gürcüstan prezidenti Azərbaycandan sonra Ermənistana gedir
Siyasət 22:05 01.03.2019

Gürcüstan prezidenti Azərbaycandan sonra Ermənistana gedir

Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistana rəsmi səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Zurabişvilinin səfəri 13-14 mart tarixlərinə planlaşdırılıb.

Qeyd edək ki, Salome Zurabişvili Gürcüstan prezidenti kimi regiona ilk rəsmi səfərini 27 fevralda Azərbaycana gerçəkləşdirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->