Gürcüstanda ilginc hadisə: Nigeriyalı

Gürcüstanda ilginc hadisə: Nigeriyalı "kral" bələdiyyə sədri olmaq istəyir

Gürcüstanda oktyabrın 2-də keçiriləcək bələdiyyə seçkilərində maraqlı namizəd iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, paytaxt Tiflisin bələdiyyə sədrliyi üçün Nigeriyadakı "İbo qəbiləsinin kralı" Arinz Riçard Oqbunuju namizədliyini irəli sürüb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi saytında Oqbunuju müxalif Bizim Birləşmiş Gürcüstan Partiyasının namizədi olaraq göstərilir. 

Gürcüstan vətəndaşlığı olan Oqbunuju bu ölkədə parfümeriya məhsulları sataraq iş qurub. Daha sonra ikinci əl avtomobillər və avtomobil parçaları sataraq biznesini genişləndirib. Bu gün onun daha öyük biznesi var. Oqbunuju hətta gürcü dilində ana dili səviyyəsində danışa bilir.



Oqbunuju doğulub böyüdüyü Nigeriyanı 1995-ci ildə - anasının və qardaşının ard-arda vəfatından sonra tərk edib. Əcnəbi mədəniyyətlərlə tanış olmaq istədiyini deyən "İbo qəbiləsinin kralı" 1996-cı ildə Gürcüstana üz tutduğunu bildirib: "1995-ci ildə anam və qardaşım vəfat etdi. Çətin günlər keçirirdim, böyük ağrılar hiss edirdim. Bu səbəbdən müxtəlif ölkələrə gedərək orları tanımaq istəyirdim. Bir çox ölkəni gəzdikdən sonra Türkiyəyə gəlib Ankara, İstanbul və başqa şəhərləri tanıdım. 1996-cı ildə ilk dəfə Gürcüstana gəldim". 

Gürcüstana turist olaraq gəldiyini, amma daha sonra burda iş qurum qalmağa qərar verdiyini bildirən Oqbunuju "Gürcüstanı çox bəyəndim. Burda gürcü qadınla evləndim. Üç övladımız var. Bu ölkə məni qəbul etdi və mən buranı çox sevdim. 4 il əvvəl Gürcüstan vətəndaşlığı almışam. Artıq gürcülər kimi yaşayıram, bir gürcü kimi düşünürəm" deyib.



Oubunuju bildirib ki, Nigeriyada xalq illər öncə ona "İbo qəbiləsinin kralı" adını verib: "Bu adı mənə xalqım verdi".

Artıq Gürcüstanda siyasətə qoşulmaq barədə qərar verdiyini bildirən iş adamı "Mən siyasətçi deyiləm, adi bir iş adamıyam. Gündəlik ictimai nəqliyyatdan istifadə edirəm, xalqın içindəyəm və onların nə istədiyini bilirəm. Həm keçmiş, həm də indiki hakimiyyət Tiflis üçün önəmli layihəllər həyata keçirib. Amma xalqın məşğulluq problemi var və bu problemləri həll etmək üçün siyasətə qoşuluram. Tiflisə xarici investorları cəlb etmək istəyirəm. Onların inandığı insan mənəm. Əminəm ki, 4 il sonra Tiflis daha gözəl və daha uğurlu şəhər olacaq. 

Aydın
XƏBƏRLƏR
BLOGLAR
X