Dünya Bankı Gürcüstanla bağlı maraqlı hesabat hazırlayıb.
Qaynarinfo-nun məlumatına görə, hesabatdan aydın olur ki, bu ölkədəki azərbaycanlılar gürcü və ermənilərdən geri qalır.
Hesabatı iqtisadçı ekspert Rövşən Ağayev belə şərh edir:
"Qonşu ölkədə yaşayan azərbaycanlıların gəlir səviyyəsi həm gürcülərdən, həm də ermənilərdən geri qalır. Belə ki, bütün kvintil qrupları üzrə azərbaycanlıların gəlirləri gürcülərdən 34% geri qalır.
Ən maraqlısı odur ki, bizimkilərdən fərqli olaraq Gürcüstanda yaşayan etnik ermənilərin gəlir səviyyəsi gürcülərdən yüksəkdir. Belə ki, əhalinin ən kasıb 20% və ən varlı 20% qrupuna aid etnik ermələrin gəlirləri gürcülərədn orta hesabla 10-15% yüksəkdir.
Təhsil səviyyəsində də fərqlər var: tam orta təhsil alan azərbaycanlı kişilərin sayı gürcü kişilərdən 25%, azərbaycanlı qadınların sayı isə gürcü qadənlardan 35% azdır.
Hər halda soydaşlarımız inkişaf qatarına minmiş Gürcüstanda layiqli yerlərini tutmaq, daha yaxşı yaşayış qazanmaq üçün təhsilə xüsusi diqqət yetirməyə məcburdurlar".
Nərmin Həsənli
Şərhlər