Xəbər lenti

Gürcüstanın baş infeksionistinin oğlu koronavirusa yoluxdu
Dünya 13:00 07.03.2020

Gürcüstanın baş infeksionistinin oğlu koronavirusa yoluxdu

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə Nikoloz Qamkrelidze özü məlumat verib. Baş infeksionistin oğlu paytaxt Tiflisdəki klinikların birinin Müşahidə Şurasının üzvüdür. O, İtaliyadan qayıdandan sonra koronavirusun təsdiq olunduğu həkimlərdən biri ilə ünsiyyətdə olub.

Bu arada Gürcüstanda koronavirus diaqnozu qoyulan xəstələrin sayı 12-yə çatıb. Hazırda karantində 140, tibbi nəzarətdə isə 42 nəfər var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->