Xəbər lenti

İtən gəmi ilə bağlı cinayət işi başladı (YENİLƏNİB)
Dünya 12:33 25.01.2018

İtən gəmi ilə bağlı cinayət işi başladı (YENİLƏNİB)

"Vostok" gəmisinin Saxalində itkin düşməsi ilə bağlı cinayət işi açılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Rusiya Nəqliyyat üzrə Uzaq Şərq İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Darya Nemtseva məlumat verib.

Qanunvericiliyin 236-cı maddəsinin 3-cü bəndinə əsasən, "Tarfikin təhlükəsizliyi və dəniz nəqliyyatının istismarı qaydalarının pozulması, iki və daha çox insanın ölümü ilə nəticələnməsi" maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, "Vostok" gəmisi Koreya Respublikasının Dongh limanından Saxalin bölgəsinin Xolmsk limanına üzürmüş. Gəmidə 21 nəfər olub. Yanvarın 24-ü gecə saatlarında gəminin qəza siqnalı işə düşüb və sonra əlaqə tamamilə itib. Hazırda xilaetmə əməliyyatı aparılır. Axtarışlar davam etsə də, nə gəmi, nə də ekipaj hələ tapılmayıb. Gəmidə iki azərbaycanlı var.

***
10.53
 
Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus "Vostok” balıqçı gəmisinin göyərtəsində olan azərbaycanlıların adları məlum olub.

Qaynarinfo xəbər verir ki, göyərtədə iki Azərbaycan vətəndaşının olduğu ehtimal edilir.

1991-cü il təvəllüdlü Ruslan Əlizadə və 1972-ci il təvəllüdlü Mübariz Hüseynovun adı itkin düşənlərin siyahısında yer alıb.
 
***
09.50
 
Yapon dənizində "Vostok" balıqçı gəmisi itib.

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, rabitə əlaqəsi kəsilən gəminin göyərtəsində 21 nəfər var. Onlar Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşlarıdır.
 
Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" vertolyotu, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi, ardınca isə xilasedici yedək gəmi cəlb olunub.
 
Gəminin Cənubi Koreyadan Xolms limanına gəldiyi bildirilirdi.
 
Hadisə ilə bağlı mətbuata açıqlama verən Saxalin vilayətinin meri Anatoli Makoedov gəminin tapılması ehtimalının yüksək olduğunu bildirib.

"Axtarış sahəsindən keçən "Diomid" gəmisinin ərazidə zibil və buy gördüyü ilə bağlı məlumatlar yayılmışdı. Biz gəminin rəhbərliyi ilə əlaqə saxladıq. Lakin bu məlumatlar öz təsdiqini tapmadı. Buna görə hələlik hər hansısa bir fərziyə irəli sürmək düzgün olmaz. Axtarışların nəticələrini gözləmək lazımdır. Amma ekspertlər qeyd edirlər ki, itən gəminin tapılması ehtimalı çox yüksəkdir".


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->