Venesuelanın ən önəmli gözəllik yarışması olan "Miss Venesuela" tac qazanan bəzi gözəllərin rüşvətxor siyasətçi və biznemenlərlə pul qarşılığında cinsi əlaqəda olmaları iddiası ilə qeyri-müəyyən müddətə təxirə salınıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən iddia dövlətə aid neft şirkətinə açılan cinayət işi zamanı ortaya çıxıb. Məsələ ilə əlaqədar yarışma üçün namizəd hazırlayan bir gözəllik mərkəzi də bağlanıb.
Qeyd edək ki, 32 milyon əhalisi olan Venesuela beynəlxalq gözəllik müsabiqələrinə ən çox töhfə verən ölkələrdəndir. Belə ki, bu günə qədər Venesueladan 7 kainat, 6 dünya gözəli çıxıb.
Şərhlər