Xəbər lenti

“Haber Global”: “İskəndər M”i qeyri-qanuni yollarla terrorçu qruplar da əldə edə bilər” (VİDEO)
Video 22:27 07.04.2021

“Haber Global”: “İskəndər M”i qeyri-qanuni yollarla terrorçu qruplar da əldə edə bilər” (VİDEO)

Türkiyənin nüfuzlu "Haber Global” media şirkəti Ermənistanın Şuşaya atdığı və ixracı qadağan olunan "İskəndər M” raketlərini necə əldə etməsi barədə süjet hazırlayıb.

Süjetdə bildirilir ki, Şuşadan tapılan raket qalıqlarının üzərindəki nişanlar onun Rusiya Silahlı Qüvvələrinə aid olduğunu göstərir. Lakin ixracı qadağan olunan "İskəndər M” raketlərinin Azərbaycan şəhərinə necə və haradan atılması ciddi suallar doğurur.

Videomaterialda, həmçinin sözügedən operativ taktiki raket kompleksinin "E” və "M” variantları arasındakı fərq izah edilir, ikincinin yalnız Rusiya ordusunun ehtiyacları üçün istifadə edildiyi bildirilir.

Süjet müəlliflərinin fikrincə, əgər bu silahları Rusiya tərəfi Ermənistana verməyibsə və onlar qarşı tərəfə qaçaq yollarla aparılıbsa, o zaman bütün dünya təhlükədədir. Belə ki, digər ölkələrdə olan terrorçu qruplar da bu ölümcül silahı qeyri-qanuni vasitələrlə əldə edə bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->