Xəbər lenti

Ölkə 19:55 06.02.2019

Hacıqabulda avtomobil istehsal ediləcək

Fevralın 8-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

Bu barədə Qaynarinfo-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində əvvəlcə Azərbaycan-Rusiya dövlət sərhədində "Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə, "Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriləcək. Bu layihələr Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq. 
Fevralın 9-da isə Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək, Azərbaycanın "Azərmaş” şirkətinin Rusiyanın "Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->