Xəbər lenti

Hakim adını soruşduğu futbollçunu meydandan qovdu - İlginc səbəb
İdman 16:35 08.03.2018

Hakim adını soruşduğu futbollçunu meydandan qovdu - İlginc səbəb

"Arsenal"ın sabiq futbolçusu Sançes Uatt (Sanchez Watt) karyerasının ən qeyri-adi qırmızı vərəqəsini alıb.
 
Qynarinfo Fanat.Az-a istinadən xəbər verir ki, İngiltərənin aşağı liqasında çıxış edən "Hemel Hempstead"ın formasını geyinən 27 yaşlı futbolçu "East Turrokk"la oyunda adını düz dediyi üçün meydandan qovulub.

Belə ki, Sançes oyun epizodlarının birində sarı vərəqə alıb. Bu zaman qarşılaşmanın baş hakimi Dean Hulme ondan adını sorub. Futbolçu isə buna "Watt" deyə cavab verib və yalnış anlaşılmanın qrubanı olub. Sançesin cavabını "What?" (Nə?) olaraq başa düşən referi israrına rəğmən eyni cavabı alıb. Dean Hulme utbolçunun onu ələ saldığını düşünərək ikinci sarı vərəqini göstərərək meydandan qovub. 

Bu zaman "Hemel Hepstead"ın kapitanı Cordan Parkes araya girərək hakimə futbolçunun soyadının həqiqətən belə olduğunu deyib və qırmızı vərəqə ləğv olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->