Xəbər lenti

Hakimiyyəti oğluna verdi
Dünya 11:36 25.06.2013

Hakimiyyəti oğluna verdi

Qatar əmiri şeyx Hamad bin Xəlifə əl-Tani taxt-tacı oğlu Təmim bin Hamad əl-Taniyə verib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, əmir bəyan edib ki, hakimiyyəti sonrakı nəslə təhvil verməyin zamanı yetişib. Hər zaman dövlət maraqlarını üstün tutduğunu söyləyən hökmdarın fikrincə, hazırda əmirliyin maraqları ölkə tarixində yeni səhifə açmağı tələb edir. Dövlət başçısı hesab edir ki, oğlu bu vəzifənin öhdəsindən gələcək.

Qeyd edək ki, Hamad bin Xəlifə əl-Tani 1995-ci ildən Qatar dövlətini idarə edir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->