Sağlamlıq 19:28 28.10.2022

Hamiləlikdən sonra kiloların atılması - Bunlara diqqət edin

19Hamiləlik vaxtı alınan kilolar bir çox yeni doğum etmiş qadının kabusuna çevrilir. Bu dövrün həm də körpəyə südvermə dövrü olduğunu da nəzərə alsaq, bəzən xanımların bu çəkilərlə mübarizədə hətta psixoloji gərginlik də keçirdiyini deyə bilərik. 

Bəs hamiləlik sonrası alınan bu kiloları necə geri vermək olar? 

Qaynarinfo hamiləlik zamanı alınan artıq kilolardan qurtulmanın asan yollarını təqdim edir:

İlk aylarda çəki atmaq

Doğuşdan sonrakı ilk 4 ayda yarım kilo ilə bir kilo arası arıqlama normal hesab edilir. Ancaq ana bu dövürdə daha çox çəki alıbsa, bu çəki itirmə iki kiloya qədər arta bilər. Bundan əlavə isə bu dövürdə həkim məsləhəti ilə yüngül yürüyüş və idman hərəkətləri etmək də olar. Süd verən ana üçün isə ayda iki kilodan artıq çəki atmaq bir az əlverişsizdir. Doğum sonrası çəkiləri atmaq üçün ən uyğun olanı uzun müddətdə arıqlamağı planlamaqdır. Çünki eyni zamanda onun qəbul etdiyi qidalarla həm də körpəsi qidalanır

Süd vermək çəkini azaldır
 

Körpə ilə ana arasındakı emosional bağın güclənməsindən tutmuş körpənin böyüməsinə və inkişafına qədər bir çox möcüzələri ehtiva edən ana südü hamiləlikdən sonra arıqlamağa da kömək edir. Süd verən ana gündə təxminən 500-700 kalori yandıraraq, ayda orta hesabla 2 kiloqram arıqlaya bilər. Körpənin və ya ananın əmizdirməyə uyğun olmadığı hallarda yeni həyat dövründə başlayan hərəkətlilik kilo itkisini dəstəkləyir. Bununla belə, analar bu dövrdə böyük çəki itirməyə yönəlmiş enerji məhdudlaşdırmasına yol açan pəhrizlərdən çəkinməlidirlər.

Ana südünün tərkibinə ən yaxın protein tərkibli qida yumurtadır 

Doğuşdan sonra arıqlama prosesində ağ undan hazırlanan məhsullar yerinə tam taxıldan hazırlanan məhsullara, sadə şəkər tərkibli qidalar yerinə isə bəkməz kimi qan əmələ gətirən qidalara üstünlük vermək lazımdır.

Protein qəbulu az olduqda südün keyfiyyəti aşağı düşür. Südün keyfiyyəti südün tərkibi deməkdir. Ana südünə ən yaxın protein isə yumurtadır. Süd verən ananın qida rasionunda hər gün yumurta olmalıdır.
 


Yağda qızardılan qidalardan çəkinmək, əvəzində isə soba, qril, qaynadılma kimi bişirmə üsullarına üstünlük vermək lazımdır.

Ənənəvi olaraq şərbətli desertlərin süd istehsalını artırdığı barədə əfsanələr yayılsa da, belə bir elmi reallıq yoxdur. Südün səmərəli ifrazını davam etdirmək üçün 80 faizini təşkil edən sudan istifadə etmək lazımdır. Süd verən anaların bu dövrdə şirin tələsinə düşməməsi və arıqlama prosesini ləngitməməsi üçün bol su içməsi, həmçinin gicitkən, şüyüd çayı və yaşıl yarpaqlı kimi bitki mənşəli çaylardan faydalanması lazımdır.

Axşam yeməyində bu qidaları qəbul edin

Axşam yeməyi zamanı ilk olaraq 1 kasa şorba yeyin. Çünki bu toxluq hissi yaradır və əlavə ağır kalorili qida qəbul etməyin qarşısını 10-20 faiz alır. Çalışın yüksək protein tərkibli şorbalar için. Belə şorbalar ana südünün tərkibini zənginləşdirir. 

Çəki atmaq üçün idman hərəkətləri edin

Doğuşdan sonra kilo vermək üçün bəzi məşqlər də etmək lazımdır.
 

Doğuşdan sonrakı dövrdə bədəninizin normal formasına qayıtması üçün ən vacib bölgələr qarın və bel bölgələridir. Qarın əzələlərini gücləndirmək üçün özünüzü yormadan üzgüçülük, yüngül templə qaçış və oturaq hərəkətlər etməyin heç bir zərəri yoxdur.

Qısa zamanda formada olmaq üçün gündə 45 dəqiqə orta templə yeriməklə başlamaq lazımdır.
 
Günay