Xəbər lenti

Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!
Sağlamlıq 19:51 23.10.2025

Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!

Fəsil keçidləri, temperatur fərqlərinin artması və hava şəraitindəki dəyişikliklər insan orqanizminin tarazlığına ciddi təsir göstərir. Bu dövrlərdə xüsusilə ürək və damar xəstəliklərinin sayında artım müşahidə olunur.

Qaynarinfo xəbər verir ki, kardioloq İsmayıl Erdoğu fəsil keçidlərinin ürək xəstələri üçün təhlükəli olduğunu bildirərək deyib: "Soyuq havalar ürək tutmalarını tətikləyə bilər. Bu dövrdə bədən istiliyini qorumaq və qidalanmaya diqqət yetirmək böyük əhəmiyyət daşıyır".

Ani istilik dəyişiklikləri damarların daralmasına, bununla da ürəyin yükünün artmasına səbəb olur. Soyuq havalarda ürək daha çox efor sərf etdiyindən, xroniki ürək xəstələrinin bu dövrdə daha diqqətli davranmaları tövsiyə olunur. Həkim xəbərdarlıq edib ki, açıq havada edilən qəfil və ağır idman hərəkətləri də ürək tutmasına səbəb ola bilər.

İsmayıl Erdoğu bildirib ki, fəsil keçidləri zamanı insanların həyat tərzi və qidalanma vərdişləri dəyişir:

"Yayda insanlar daha çox tərəvəz və meyvə yeyirlər, lakin qışda yağlı və daha ağır qidalar üstünlük təşkil edir. Bu da ürək-damar sisteminə əlavə yük yaradır. 40–45 yaşdan yuxarı, idmanla mütəmadi məşğul olmayan şəxslər ağır məşqlərdən çəkinməlidirlər. Soyuq havada, xüsusilə halı sahələrdə futbol oynamaq kimi fəaliyyətlər ani yorulma və soyuqla birlikdə ürək tutmasını tətikləyə bilər. Hazırda biz ürək tutmalarının artacağı bir dövrə daxil olmuşuq".

Həkim Erdoğu qeyd edib ki, ürək tutmalarından ölüm hallarının əsas səbəbi xəstələrin xəstəxanaya gec müraciət etməsidir:

"Bəzi insanlar şikayətlərini ürək problemi ilə əlaqələndirmir və xəstəxanaya getmirlər. Halbuki risk faktorları olan şəxslərin vaxtında müraciəti həyati əhəmiyyət daşıyır. Tərəvəzlərdəki C və E vitaminləri damar sağlamlığı üçün çox önəmlidir. Qışda da gündəlik menyuda tərəvəz və salat mütləq yer almalıdır. Həftədə ən az iki dəfə balıq yemək soyuq havalarda qəfil ürək tutmalarının qarşısını ala bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->