Video 12:04 15.01.2022

Hansı kitablar ƏDV-dən azad olunacaq? - Suallar, narazılıqlar... (VİDEO REPORTAJ)

Yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, Vergi Məcəlləsinə edilən dəyişikliklə kitab və kağız məhsullarının idxalı və satışı ƏDV-dən azad olunub. Bəs bu qanunun tətbiqi istiqamətində hansı işlər görülür? 

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu müəyyən siyahı əsasında kitabların ƏDV-dən azad olunacağını və bunun anlaşılan olmadığını bilirib. "Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli də qanunvericiliyin tətbiqi ilə bağlı müraciətə hər hansı müsbət cavab verilmədiyini qeyd edir.
 
Həmçinin yazıçılar da kitabların siyahı əsasında ƏDV-dən azad olunacağını qəbuledilməz hesab edirlər. Oxucular isə kitab qiymətlərinin yüksək olmasından şikayətlənirlər. 

Ətraflı QAYNAR TV-də: