Dünya 16:39 29.06.2020

Harvard doktoru koronavirusla bağlı tarix verdi

"Koronavirus epidemiyasına qarşı maska taxma məcburiyyəti və sosial məsafə kimi tədbirlər daha 1 il davam edə bilər".

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Harvard Qlobal Səhiyyə İnstitutunun rektoru doktor Aşiş Ca deyib.
 
Onun sözlərinə görə, koronavirus pandemiyası düşündüyümüzdən daha uzun müddət çəkəcək.

Digər tərəfdən ABŞ-ın Minnesota Universitetinin Yoluxucu Xəstəlikləri Araşdırma və Siyasəti Mərkəzində də tədqiqat aparılıb. Bu araşdırmanın nəticələrinə görə isə koronavirus daha 2 il davam edə bilər.

Camal