Dünya 11:50 04.09.2017

Harvey qasırğasından ölənlərin sayı 47-yə, zərər 120 milyard dollara çatıb (FOTOLAR)

ABŞ-ın Texas ştatını vuran Harvey qasırğası nəticəsində ölənlərin sayı 47-yə, zərər isə 120 milyard dollara çatıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bölgədə təmir-bərpa işləri üçün 120 milyard dollar məbləğə ehtiyac olacaq, hətta bu miqdar 180 milyard dollara belə qalxa bilər. 

Hökümət indidən konqresdən 7,85 milyard dollar məbləğ tələb edib.

Qasırğa və yağışlar nəticəsində 47 nəfər dünyasını dəyişib. 43 nəfər isə sığınacaqlara yerləşdirilib.

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl bölgəyə 1 milyon dollar yardım edəcəyini açıqlamışdı.

Yardım məsələsi ilə bağlı maraqlı açıqlama isə Venesueladan gəlib. İqtisadi böhran və etiraz aksiyaları ilə mübarizə aparan ölkə ABŞ-a 5 milyon dollar yardım edə biləcəyini açıqlayıb.

Qeyd edək ki, bu ölkənin ABŞ-la münasibəti son dövrlərdə Venesuelada baş verən proseslərlə əlaqədar gərginləşib.

Gülşən

Qaynarinfo.Az