Hataydakı partlayışın təfərrüatları məlum oldu (FOTO)

Hataydakı partlayışın təfərrüatları məlum oldu (FOTO)

Türkiyənin Hatay əyalətinin İskəndərun rayonunda antiterror əməliyyatı zamanı baş verən partlayışla, terrorçularla bağlı bir sıra təfərrüatlar ortaya çıxıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular Suriyadan Amanos dağlarından Türkiyəyə gəliblər. Onlar təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Terrorçular asayiş keşikçilərindən yayınmaq üçün avtomobil qaçırıblar. Lakin avtomobili qəzaya uğradıblar. Bununla belə, digər avtomobilə əyləşərək qaçmağa başlayıblar. Ancaq həmin nəqliyyat vasitəsi barədə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına məlumat verilib. Təhlükəsizlik qüvvələri Payas ərazisində post quraraq terrorçularla atışmaya başlayıblar. Atışma zamanı terrorçulardan biri özünü partladıb, digəri isə qaçıb.

Qeyd edilir ki, terrorçular Türkiyəyə 1 həftə əvvəl gəliblər və onların qanunsuz silahlı qruplaşmaların üzvləri olmaları təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən vaxtında müəyyənləşdirilib. Terrorçular Türkiyə ərazisinə yaxşı bələd olmayıblar.

Xatırladaq ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bir qədər sonra digər terrorçunun da zərərsizləşdirildiyini bildirib.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR