Dünya 18:35 08.10.2019

Arvadı vitse-prezidentə müharibə elan etdi: Böyük qalmaqal

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Dubay Şeyxi Məhəmməd bin Əl Məktumun Londona qaçan həyat yoldaşı Haya bin Əl Məktum tanınmış jurnalistlər, media nümayəndələri ilə əlaqələr yaradıb. 

Qaynarinfo xəbər verir ki, Şahzadə Hayanın jurnalistlərlə əməkdaşlığa başlaması həyat yoldaşına qarşı yeni müharibə elanı kimi qiymətləndirilir.

Qeyd edək ki, Haya bin Maktum ötən aylarda Almaniyaya, sonra isə Londona qaçıb. Şahzadənin sığınacaq barədə müraciəti İngiltərə tərəfindən rədd ediləndən sonra o, qardaşı İordaniya Kralı Abdulla tərəfindən İordaniyanın London səfirliyinə diplomat təyin edilib. Londonda diplomat kimi yaşayan Haya həyat yoldaşından iki övladının vəlayətini, həmçinin təzminat tələb edir. Daha əvvəl "UK Mission Enterprise Limited" şirkətinin mühafizəçisi ilə eşq yaşadığı iddia edilən Haya bin Maktumun təzminat iddiası xəyanət ittihamına görə BƏƏ məhkəməsi tərəfindən rədd edilib. 

Bildirilir ki, vitse-prezident həyat yoldaşının BƏƏ-yə təhvil verilməsini tələb etmiş, İngiltərəni BƏƏ investisiyalarını ölkədən çəkməklə hədələmişdi. Bu hadisədən sonra rəsmi London Haya və iki övladı üçün rəsmi mühafizə qərarı çıxarıb. 

Hazırda rəsmi şəkildə evli olan cütlüyün boşanma prosesinin BƏƏ qanunları ilə əlaqədar uzun müddət davam edəcəyi gözlənilir.

Gülşən