Türkiyənin məşhur "Benden Ne Olur?” filminin Bakıda premyerası olub.
"Aşkı-memnu” və "Adını Feriha koydum” seriallarından tanıdığımız Hazal Kaya paytaxt Bakıya gəlib.
"Park Cinema"da Türkiyənin məşhur "Ay Yapım” film şirkəti tərəfindən çəkilmiş "Benden ne olur?” filminin premyerasının ssenari müəllifi Aslı Kızmaz, məşhur simalardan Hazal Kaya, Selin Şekerci, Leyla Atay, Enis Arıkan yerli media nümayəndələri ilə görüşərək, sualları cavablandırıblar.
Jurnalistlərə verilən müsahibələrdə aktyorlar Bakıya yalnız cümə günü səhər gəldiklərini və şəhərdə tam gəzintiyə vaxtlarının olmadıqlarını deyiblər.
Həmçinin Hazal Kaya və onun komandası Bakını bəyəndiklərini də bildirərərək, Azərbaycan mətbəxinin dadlı təamlarından da danışıblar. Məşhurlardan Enis Arıkan ən çox milli mətbəximizdən xəngəli bəyəndiyini bildirib.
Enis Arıkan Bakıya ilk gəlişi olduğunu və filmə gələn tamaşaçıların onlara olan diqqətindən məmnun olduğunu söyləyib.
Hazal Kaya bildirib k, iki dəfə COVID-19 xəstəliyinə yoluxmağıma baxmayaraq, çəkilişlərimiz dayanmadı: "Biz filmlə bağlı çox həyəcanlıyıq. İnanıram ki, tamaşaçılar filmimizi bəyənəcəklər”.
Filmin həm müəllifi həm də ssenarisini yazan Aslı Kızmaz filmdə rol alan bütün komanda heyəti ilə işləməkdən böyük zövq aldığını qeyd edib.
H.Kaya və onun komandası ilə birgə filmi izləyənlər üçün biletin qiyməti 35 AZN təşkil edib.
"Benden Ne Olur?” filmində arzu və hədəflərinə çatmaq üçün öz yolunu və sevgisini axtaran gənc qadının hekayəsindən bəhs olunur.
Filmin rejissoru Murat Şenoy, baş rolu isə türkiyəli ulduz Hazal Kaya canlandırıb.
Həmçinin Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da filmdə çəkiliblər.
Qeyd edək ki, H.Kaya və onun komandası ilə birgə filmi izləyənlər üçün biletin qiyməti 35 Azn təşkil edib.
Şərhlər