Xəbər lenti

Həbib əsəbiləşdi:
İdman 21:30 27.02.2019

Həbib əsəbiləşdi:"Soyunmaq qadağan edilsin!"

Dağıstanın qaydasız döyüş üzrə idmançısı Həbib Nurməhəmmədov fevralın 23-də paytaxt Mahaçqalada teatrların birində göstərilən "Kişi ovu” adlanan tamaşanı tənqid edərək "çirkab” adlandırıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, idmançı tamaşada gördüyü açıq-saçıq epizodu telefonuna çəkərək sosial şəbəkədə paylaşıb və bu məsələyə görə cavab verilməsini tələb edib:

"Qadın və kişi soyunub öpüşür. Qanun hara baxır?”.

İdmançı Dağıstanda qoyulan tamaşalarda aktyorların soyunmasını qadağan etməyə çağırıb. O, həmçinin dağıstanlı kişilərə səslənərək, onları ayılmağa və tədbir görməyə çağırıb.

Tezlilkə tamaşanın aktyoru və prodüseri İvan Jidkov dağıstanlılardan üzr istəyib və epizodun mahiyyətininin açıq səhnələrdə olmadığını anlatmağa çalışıb.

Xatırladaq ki, bu, Həbib Nurməhəmmədovun ilk tənqidi deyil. Bundan əvvəl o, Eqor Kridin və Timatinin konsertlərinə qarşı çıxmış, hip-hop musiqisinə rəqs edən dağıstanlı gənclərə irad bildirmişdi.

Dağıstan müftisi də olanlara münasibət bildirərək regionun dini-mənəvi dəyərlərini nəzərə almağa, sakinləri mənəvi deqradasiyaya aparmamağa çağırıb.

Sosial şəbəkədə Həbibin tənqidləri birmənalı qarşılanmayıb. Belə ki, idmançının özü də əxlaq nümunəsi sayılmır. Bundan əvvəl o, küçədə yaşayan, "bomj" görünüşlü birinə istehza edərək, aşağılamaqla qalmaqala səbəb olmuşdu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->