Xəbər lenti

Həbs olunan sədr ötən il vəzifəsindən azad olunub - Agentlik
Ölkə 15:40 22.04.2021

Həbs olunan sədr ötən il vəzifəsindən azad olunub - Agentlik

"Məmmədov Oruc Nüsrət oğlunun həbs edilməsi ilə bağlı yayılan məlumatlarda onun 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri kimi qeyd edilməsi doğru deyil".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

"Çünki Oruc Məmmədov əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara görə hələ 26 oktyabr 2020-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə həmin komissiyanın sədri vəzifəsindən azad edilib. 6 ay əvvəl vəzifəsindən azad edilmiş şəxsin yenə də həmin vəzifədə olması kimi qələmə verilməsi əsassızdır və yolverilməzdir", - məlumatda bildirilib.

Sorğu


Fatal error: Uncaught RedisClusterException: Error processing response from Redis node! in /app/shared/include/library/ain/redis/redis.class.php:186 Stack trace: #0 /app/shared/include/library/ain/redis/redis.class.php(186): RedisCluster->get('article_feature...') #1 /app/shared/module/qaynar/service/articles.class.php(57): AIN_Redis->__call('get', Array) #2 /app/shared/file/cache/template/qaynar_block_qaynar.block.query.php(10): qaynar_service_articles->get_random_question() #3 /app/shared/include/library/ain/template/template.class.php(182): require('/app/shared/fil...') #4 /app/shared/file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php(387): AIN_Template->getBuiltFile('qaynar.block.qu...') #5 /app/shared/include/library/ain/template/template.class.php(86): require('/app/shared/fil...') #6 /app/shared/include/library/ain/template/template.class.php(140): AIN_Template->_requireFile('/app/shared/the...') #7 /app/shared/include/library/ain/template/template.class.php(586): AIN_Templat in /app/shared/include/library/ain/redis/redis.class.php on line 186