Xəbər lenti

“Yazı sənəti” dərslərinin ilk buraxılışı
Foto 18:27 30.06.2024

“Yazı sənəti” dərslərinin ilk buraxılışı

(essevari xəbər)
 
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun üçaylıq "Yazı sənəti" dərsləri bitincə dinləyicilərə I dərəcəli diplomların təqdim edilməsi, tədbirdə edilən çıxışların özü yekun dərsi təsiri bağışladı.
 
Universitetdə ilk dəfə keçirilən "Yazı sənəti”nin "qaranquşları”na ilk dilbər anları departamentin müdiri dosent Dilbər Zeynalovanın tədbirə ön sözü bəxş etdi. Kurs müdavimlərindən Ziyafət Soltanzadənin: "Müəllim, "dərslər bitdi” düşüncəsiylə ağlamağa hazırlaşırdım ki, tədbirdəki nikbin, şən notlar könlümü toxtatdı" deməsi təkcə Qardaşxan Əzizxanlının moderatorluğu ilə keçən təqdimetmə mərasiminin ab-havasını əks etdirmədi, Nuray Əhədova, İlknur Əsgərova, Aytac Məmmədova, Vüsalə Absəlimova, Əsmər Əliyeva, Hümay Hüseynova və Aydan Nəsirlinin hiss-həyəcanlarını, səslənən fikirlərini bir cümlədə ifadə etdi; kreativ təfəkkürün inkişafına, interaktiv və praktik dərslərə önəm verən müəllimin yazı sənətinin sirlərinə yönəlik çıxışı isə onlara təlim boyu aldıqları zövqü bir daha yaşatdı.
 
İlk buraxılışın məzunlarından Ləman Abbasova, Gülyaz Əhmədova, Əfsanə Cəfərova, Sevda Əhmədli, Camal Səfərli, İlkin Abdulla, Rəqsanə Alışova, Gülənbər Əhməd iştirakçı olmasalar da, qəlblərinin həmin vaxt ilkinliyin ülvi duyğularıyla döyündüyü şəksiz idi.
 Sizsinizmi gələcəyin Orxan Pamukları, Virciniya Vulfları, Əlif Şəfəqləri?
 
Rafiq Ağalar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->